Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Elvin Mürsəliyev daha bir qızıl medalı qazandı

 

Birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 75 kq çəki dərəcəsində təsnifat mərhələsində təmsilçimiz Elvin Mürsəliyev Slovakiya idmançısı Riqo Riçardla qarşılaşıb. Azərbaycan güləşçisi rəqibi üzərində vaxtından əvvəl 8:0 hesabı ilə tam qələbə qazanaraq 1/8 finala çıxıb.

"Xeberinfo.com":   Məlumata görə, Elvin Mürsəliyev 1/8 final mərhələsində Rumıniya idmançısı İonel Puskasu ilə qarşılaşıb.

Güləşçimiz rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, rumın güləşçinin hesabında bir xəbərdarlıq olduğundan növbəti mərhələyə Azərbaycan təmsilçisi vəsiqə qazanıb.

Elvin Mürsəliyev 1/4 final mərhələsində Rusiya təmsilçisi Çingiz Labazanovla qarşılaşıb. Gərgin keçən döyüşdə güləşçimiz qələbə qazanıb - 4:2.

Yarımfinaı mərhələsində gürcü idmançı Zurabi Datunaşvili ilə qarşılaşan güləşçimiz rəqibini 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib.

Finalda 5:1 hesabı ilə qalib gələn Elvin Mürsəlov Azərbaycana sayca 6-cı qızıl medalı qazandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam