Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan avarçəkənləri finala vəsiqə qazanıb

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib

 

"Xeberinfo.com":   Məlumata görə, Mingəçevirdə keçirilən yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər baş tutub.
 
Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz bu mərhələdə 5-ci olub - 3.48,150. Matviyçuk ilk “üçlüy”ə düşə bilmədiyindən mübarizəni finalın 1 addımlığında dayandırıb.
 
Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə 4 yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizə aparıb. O, məsafəni 3 dəqiqə 58,144 saniyəyə qət edib. Təmsilçimiz çıxış etdiyi yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq, yarımfinala yüksələ bilməyib.
 
Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin 2-ci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksəlib. Onlar bu mərhələdə uğurla çıxış edib, 2-ci pilləni tutublar - 3.29,489. Bununla da finala vəsiqə qazanan kanoeçilərimiz sabah saat 10:50-də keçiriləcək həlledici yürüşdə çıxış edəcək. Təmsilçilərimiz 9 cütlüyün yarışında 1-ci zolaqda mübarizə aparacaq.
 
Millimizin daha bir üzvü İnna Radomska-Osipenko da ilkin mərhələni uğurla adlayıb. Qadınların kayaklarda 500 metr məsafəyə yarışında çıxış edən təmsilçimiz məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edib. O, 2-ci yürüşdə finiş xəttinə 2-ci çatıb. İnna yarımfinalın 2-ci yürüşündə də uğur qazanıb. Məsafəni 1 dəqiqə 48,132 saniyəyə qət edən idmançımız 2-ci yeri tutub. Bu nəticə ilə finala yüksələn Radomska-Osipenko iyunun 16-da keçiriləcək yarışda 2-zi zolaqda çıxış edəcək. Mükafatlar uğrunda mübarizə saat 11:06-da başlayacaq.
 
Qadınların 2 və 4 nəfərlik kayaklarda 500, kişilərin 2 və 4 nəfərlik kayaklarda 1000 metr məsafəyə yarışlarında Azərbaycan təmsil olunmayıb. (apasporrt.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam