Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azərbaycanın yüksək təşkilatçılığına kimsə şübhə etmir"

 

 

Planetin nüfuzlu idman kanalı "Eurosport" "Tour d’Azerbaidjan 2015"-in yekunları ilə bağlı süjet yayımlayıb.

"Xeberinfo.com":  Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, materialda yarışla bağlı maraqlı fikirlər səsləndirilib, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Synergy Baku" komandası ilə görüşü zamanı dediyi sözlərə yer ayrılıb.

Planetin 24 ölkəsindən 25 komandanın iştirakı ilə təşkil edilmiş veloturla bağlı danışan süjet müəllifi Azərbaycanda son 4 ildə bu cür böyük velosiped yarışının təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib və ölkəmizdə idmanın bu növünə marağın durmadan artdığını xüsusi vurğulayıb. Elə bu işlərin məntiqi nəticəsi kimi, gələcəkdə ən güclü yarışlarda iştirak edə biləcək rəqabətədavamlı "Synergy Baku Cycling Project" komandasının yaradılması ön plana çəkilib.

Ötənilki yarışla müqayisədə bu il yayım saatının artırılması dünya idman ictimaiyyətinin diqqətini bu yarışa daha da artırıb. Teleyayımın yüksək səviyyədə həyata keçirilməsi üçün görülən işlər, həmçinin yarışın yüksək təşkilatçılığı nəticəsində "Tour d’Azerbaidjan"ın dünyanın ən yaxşı velosiped turlarından birinə çevrilməsi də süjet müəllifi tərəfindən xüsusi qeyd olunub.

Veloturun sonuncu, 5-ci mərhələsinin Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışları ilə eyni marşrut üzərində baş tutması, üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin də yarışları şəxsən izləməsi "Eurosport" kanalı tərəfindən böyük maraqla qarşılanıb və dövlət başçısının komanda hesabında çempion olmuş "Synergy Baku" ilə görüşü zamanı səsləndirdiyi fikirlərə geniş yer ayrılıb: "Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurla inkişaf edir. “Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. “Tour d`Azerbaidjan” Azərbaycanın bölgələrində də keçirilir və bizim gözəl, mənzərəli yerlər xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir".

İyunun 12-28-də keçiriləcək Bakı-2015-lə bağlı "Eurosport"a müsahibə verən Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tarixdə ilk dəfə təşkil olunacaq böyük idman yarışının həm Avropa, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu yarış sayəsində dünya idman ictimaiyyəti Azərbaycanın yüksək təşkilatçılığının, qədim tarixinin, yüksək mədəniyyətinin və qonaqpərvərliyinin şahidi olacaq.

Süjetin sonunda müəllif bildirib ki, hər kəs ildən-ilə Azərbaycanın yüksək templə inkişaf etdiyini müşahidə edir və artıq heç kim ölkənin istənilən yarışı ən yüksək səviyyədə təşkil edə biləcəyinə qətiyyən şübhə etmir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam