Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan silah və sursat ixracına başlayır

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bir neçə ərəb ölkəsinə silah, sursat və digər müdafiə təyinatlı məhsullar ixrac edəcək.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “AzeriDefence” jurnalına açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, fevralın 22-dən 26-dək Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində bir neçə ərəb dövlətindən sifarişlər alınıb.

“Ərəb regionu bu gün dünya müdafiə sənayesi üçün perspektiv bazardır. Bu bazarda bizim də marağımız var”, - deyə nazir bildirib.

Y. Camalov region ölkələrindən qumbaraatanlar, onların döyüş sursatları, habelə müxtəlif çaplı atıcı silahlar üçün döyüş sursatlarına istək olduğunu, yaxın vaxtlarda tələb olunan məhsullarının testlərinin keçiriləcəyini və ixrac müqaviləsinin imzalanacağını bildirib.

 Azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam