Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Siqaret mafiyası vətəndaşları soyur

 

Tütün məmulatlarının 35-40 faiz bahalaşması əsaslıdırmı?

"Xeberinfo.com":  Məlumata görə, siqaret mafiyası manatın ucuzlaşmasından istifadə edərək vətəndaşları soymaqla məşğuldur. Hər halda devalvasiya prosesində ən böyük qiymət artımı tütün məmulatlarında müşahidə olunub. Özü də Azərbaycanda satılan siqaretlərin əhəmiyyətli hissəsi yerli istehsaldır. Tütün məmulatları faktiki olaraq idxal məhsullarının sırasına daxil deyil.
Bu halda siqaretin 35-40 faiz bahalaşması başa düşülən deyil. “Azadlıq” qəzetinin məlumatına görə, iqtisadçı ekspertlər də hesab edir ki, siqaretin qiymətində kəskin artım fürsətcillikdən irəli gəlir. “Tütün bazarı monopoliyadadır. Bu bazarda faktiki olaraq rəqabət yoxdur. Ona görə də fürsət düşən kimi qiymətləri qaldırırlar”, – deyə ekpertlər bildirirlər.
Təsəvvür edin, topdansatış məntəqələrində 1 manat 44 qəpik olan “Davudoff” siqareti birdən-birə 63 qəpik bahalaşaraq 2 manat 7 qəpik, 1 manat 26 qəpik olan “Winston Classik” 1 manat 80 qəpik, 1 manat 80 qəpik olan, 90 qəpik olan “LD Silver” 1 manat 35 qəpik olub. Digər siqaretlər də 60-70 qəpik civarında bahalaşıb.
Yeri gəlmişkən, manatın ucuzlaşmasına qədər də siqaretlərin qiymətində sıçrayış olmuşdu. Hər siqaret 15-20 qəpik civarında bahalaşmışdı. Bu da onu deməyə əsas verir ki, siqaret mafiyası vətəndaşları talamaq üçün istədikləri vaxt qiymətləri artırır. Manatın ucuzlaşması isə növbəti bahalaşma üçün fürsət olub.
34Hələ 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sağlam Həyat TərziProqramının milli koordinatoru Azad Hacıyev açıqlama vermişdi ki, Azərbaycanda təxminən 3 milyon 200 min nəfər siqaret çəkir. Bunun 2-10 faizi qadınlar, 40-60 faizi kişilərdir. 2015-ci ilə qədər bu rəqəmin əhəmiyyətli dərəcə artdığı şübhəsizdir. Lakin biz elə hesab edək ki, siqaret çəkənlərin sayı 3 milyon nəfərdir. Bu halda siqaret mafiyasının son bahalaşmadan sonra (60 qəpik) bir gündə vətəndaşların cibindən 2 milyon manata yaxın pul “çıxardığı” aydın olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam