Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir

 

Azərbaycanda dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə məsələ Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 284.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, eyni əməllər ağır nəticələrə səbəb olduqda, beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin 284.1-ci maddəsində eyni əməllər üzrə azadlıqdan məhrumetmə cəzası iki ildən beş ilədək müddətə, 284.2-ci maddə üzrə isə üç ildən yeddi ilədək müddətə müəyyən edilib.

"Trend"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam