Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Güclü külək -elektrik enerjisi və qaz təsərrüfatına ciddi ziyan vurub

Güclü külək elektrik enerjisi və qaz təsərrüfatına ciddi ziyan vurub
Güclü külək şimal bölgəsində elektrik enerjisi və təbii qaz təsərrüfatına ciddi ziyan vurub.
Yenixeber.org: Bu barədə “Azərişiq” ASC və “Azəriqaz” İB-nin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, martın 7-də gecə saatlarından ölkənin şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub:

"Belə ki, ağacların, fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb. İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib. Əsasən Xudat şəhərinin həm mərkəzində, həm də Muxtadır, Vələmir və digər kənd və yaşayış massivlərində fəsadlar qeydə alınıb. İlkin olaraq 30-dək işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 millimetr diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb. Lakin hər iki qurumun qarşılıqlı birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görülür. Yaranmış vəziyyət "Azəriqaz" İB və "Azərişiq" ASC rəhbərliklərinin nəzarəti altındadır. Bu narahatlıqlar barədə hər iki qurumun Çağrı mərkəzinə ("Azərişiq" ASC - 199 və "Azəriqaz" İB -104/185) məlumat vermək xahiş olunur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam