Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Konsertin təşkili işğal və təcavüzün təşviqinə xidmətdir”

 

“Bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı torpaqlarda konsert təşkil etmək sülhə deyil, işğal və təcavüzün təşviqinə xidmətdir”.
"Xeberinfo.com":   Məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” (“Sülh naminə musiqi”) adlanan qeyri-hökumət təşkilatı tərəfindən 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramının təşkil ediləcəyi barədə xəbəri şərh edərkən bildirib.
O qeyd edib ki, “Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var.
“Bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir. “Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək”, – deyə H. Hacıyev vurğulayıb.
O əlavə edib ki, eyni zamanda UNESCO-nun loqosundan hansı əsasla layihənin rəsmi saytında istifadə edilməsi məsələsi də adıkeçən beynəlxalq təşkilat qarşısında qaldırılacaq: “Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinə bu barədə təlimat verilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam