Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Əsgəri polkovnik güllələməyib…”

 

Tovuzda N saylı hərbi hissədə xidmət edən, 6 yanvar 2014-cü ildə Cəlilabad rayonundan hərbi xidmətə yollanmış 19 yaşlı əsgər Tarverdiyev Çingiz Aydın oğlunun atası yerli mətbuata açıqlamasında bildirib ki, oğlu 2015-ci il, yanvarın 27-də hərbi hissənin polkovnik rütbəli komandiri tərəfindən güllələnib.
Onun sözlərinə görə, yaralı əsgər Gəncə şəhər hərbi hospitalına aparılıb. Başından güllə yarası alan əsgər hazırda koma vəziyyətindədir.
"Xeberinfo.com":  Məlumata görə, bununla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətəuyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır: “Belə ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri-dəqiq, qərəzli məlumatlar verir. Halbuki söhbət zamanı əsgərin atası oğlu Çingiz Tarverdiyevin uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə o, qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib”.

Mətbuat xidmətindən bildiriblər ki, hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu dəfələrlə qeyd edib: “Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı özünün bildirdiyinə görə o, əvvəl də iki dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu əməllərinə görə 2014-cü ilin may ayında əsgər Ç.A.Tarverdiyev öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırmağa görə təqsirli bilinərək məhkəmənin hökmünə əsasən 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam