Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

4 saylı qadın cəzaçəkmə müəssisəsində biabırçılıq

 

Aslan Aslanovun oğlunun qətlində təqsirli bilinən qadın necə ana olub?

"Xeberinfo.com":  Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunun qətlində təqsirli bilinən Lamiyə Quliyeva barəsində sensasion məlumat yayılıb.Axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinən Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib.
Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Lamiyə Quliyevanın oğlunun olduğu bildirilir. Aslan Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı Vüqar Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Axar.az-a açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqləyib. Elçin Behbudov bildirib ki, bu yaxınlarda bir qrup məhkumun valideyni ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri Lamiyə Quliyevanın övlad dünyaya gətirdiyini bildirib. “Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”, – deyə komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, Lamiyə Quliyevanın cəza çəkdiyi həbsxanada yalnız rəis və nəzrətçilər kişidir: “Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustandadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər halda, araşdırma aparılmalıdır”.
Xatırladaq ki, Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin may ayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirli bilinir. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə cinayəti törədərkən yetkinlik yaşına çatmadığı üçün 10 il azadlıqdan məhrum edilib. Cəza müddətinin bitməyinə az qalmış Lamiyə Quliyeva daha bir cinayətdə ittiham olunub. Onun nəzarətçi qadınla mübahisəyə görə cəza müddətini bir qədər də artırıblar. O zaman belə məlumat yayılmışdı ki, Aslan Aslanov qadının həbsdən çıxmasını istəmir və buna görə də ona qarşı saxta ittiham irəli sürülüb.
Aslan Aslanov Kənd Təsərrüfatı nazirinin müavini işləyib, keçmiş nazir Səfər Əbiyevin isə kirvəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam