Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıxanov sakinlərindən etiraz

 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 22-nin qarşısında aparılan tikinti işləri sakinlərin etirazına səbəb olub.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə  sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, qeyri-qanuni aparılan tikinti onların həyatı üçün təhlükə yaradıb: “Binamızın önündə ucaldılan və az qala eyvanlarımızın toqquşduğu qeyri-qanuni tikintinin qarşısını almaq üçün köməklik edin. Əvvəllər bağ sahəsi olan bu ərazi satıldıqdan sonra dağıdıldı və çox keçməmiş yerində tikinti işlərinə başlanıldı. Məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara şikayət etmişik. Lakin tikinti işləri dayandırılmadı. Ərazini alan və tikilinin başında duran şəxs isə işin başlancığında bina sakinlərini yalan vədlərlə aldada bildi”.

Sakinlər deyirlər ki, ərazidə aptek, bağça, çay evi tikiləcəyi vəd olunsa da sonradan çoxmərtəbəli bina tikməyə başlayıblar: “Artıq binanın 3 mərtəbəsi tam hazırdır. Hər gün səhər saat 7-dən tikintiyə başlayırlar. Yaxında yerləşən yaşayış binalarında yaşayan sakinlər arasında yaşlı nəslin nümayəndələri, körpə uşaqlar, həmçinin gecə növbəsində çalışan  insanların da olmasını nəzərə alsaq, bu, insanların  həm sağlamlığına, həm  də istirahətinə maneçilik törədir, binaya giriş-çıxışda problem yaradır”.

Binalar bir-birinə yaxın ərazidə yerləşdiyindən fövqəladə hallar zamanı giriş-çıxış yolları qapadılıb. Sakinlər tədbir görülməyəcəyi təqdirdə aksiya keçirəcəklərini bəyan edirlər.

virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam