Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Qardaşımın Qaraçuxurda mağazası var idi" - İŞİD-ə 500 min dollar göndərməkdə suçlananların işi

"Qardaşımın Qaraçuxurda mağazası var idi"


Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Yenixeber.org:  Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Sahil İbrahimov ifadə verib. O deyib ki, qardaşı Samir Suriyada olan zaman bir neçə dəfə ona zəng edib:

"Mənə deyirdi ki, sənə zəng edib pul verəcəklər. Qardaşımın Bakıda alacaqları var idi. Həmin pulları götürürdüm. Həm də sədəqə pulları var idi. Mən də başqa şəxslərə vermişəm. Bir hissəsini də qardaşıma göndərmişəm.

Qardaşım Suriyaya bir neçə dəfə gedib. Axırıncı dəfə 2015-ci ildə gedəndə "stop" qoyulduğu üçün geri qaytarıldı. Sonra necə getdiyini bilmirəm. Uzun müddət bizimlə əlaqə saxlamadı. Təxminən 1 ildən sonra zəng elədi".

Sahil İbrahimov deyib ki, qardaşının Suriyaya getməsinin qarşısını almağa da çalışıb. Buna görə də hüquq-mühafizə orqanlarına müraciət edib.

Suallara cavab verən Sahil İbrahimov qardaşının pulları haradan almasına belə aydınlıq gətirib: "Qardaşımın Qaraçuxurda mağazası var idi. Sonra maşınını da satdı. Nisyə mal verdiyi adamlar çox idi. Onlar pulu mənə verirdi".

Sahil istintaqda ifadəsinin təhrif olunduğunu deyərək, bildirib ki, indi məhkəmədə dedikləri həqiqətdir.

Daha sonra təqsirləndirilən Namiq Məmmədov ifadə verib. O deyib ki, digər təqsirləndirilən şəxsləri tanımır.

O, bir neçə nəfərdən pul aldığını, ayrı-ayrı şəxslərə verdiyini deyib. N.Məmmədov bildirib ki, həmin pullar sədəqə olub.

"Məndən xahiş ediblər, götürüb başqa adamlara çatdırmışam. Moskvadan və başqa ölkələrdən gələn pullar da sədəqə olub. Bakıda ehtiyacı olan ailələrə vermişəm".

Hakim digər təqsirləndirilən İlqar Ağayevə ifadə verməyi təklif edib. Lakin əvvəlki proseslərdə də olduğu kimi bu dəfə də İlqar özünü anormal şəkildə aparıb, deyilənləri başa düşmədiyini deyib.

İlqar hakimin "ifadə vermək istəyirsən? Digər şəxslər düz danışır? kimi suallarına əvvəlcə gülərək cavab verib. Sonra isə deyib ki, onunla birlikdə həbs edilən şəxslərin danışdıqlarını başa düşmür.

"Nə danışım? Gəlim də, gəlim ora"- deyən İlqar əlindəki topu oynadaraq, gülərək deyib.

Hakim təqsirləndirilən İlqarın istintaqdakı ifadəsini elan edib. Məlum olub ki, İlqar həmin ifadəsində təqsirləndirilən Sahili və onun qardaşı Samiri tanıdığını deyib.

"Onlarla çay evində təsadüfən tanış olduq. Bir məclisdə idik. Onlarla əqidəmiz eyni idi. Buna görə də mütəmadi görüşməyə başladıq. Sonra onlarla dost olduq"- deyən İlqar Suriyaya getdiyini də təsdiqləyib.

İlqar Ağayev ifadəsində Suriyaya pul göndərdiklərini, həmin məbləği ayrı-ayrı şəxslərdən aldıqlarını deyib.

Məhkəmə araşdırması davam etdirilir.

Təqsirləndirilən İlqar Ağayevin vəkili ekspertiza keçirilməsini və müdafiə etdiyi şəxsin anlaqsız olub-olmamasını aydınlaşdırılmasını istəyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ifadə veeməsi mümkün deyil.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib.

İttihama görə, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də əhli-sünnə məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb.

O deyib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

"2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər"- ittiham altında göstərilir.

Məlumata görə, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub.

2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Elan olunmuş ittihamla Namiq Məmmədov və Sahil İbrahimov özlərini təqsirli bilməyiblər. İndiki mərhələdə geniş ifadə vermək istəməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam