Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məhkum ailələri aksiya keçirdi

 

14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”)köçürülən məhkumların ailələri Prezident Adminstrasiyası önündə aksiya keçiriblər.

"Xeberinfo.com":  Məlumata görə, əllərində uzərində “Məhbus qohumlarımızla bizə görüşə icazə verin!” “İşgəncələrə son qoyun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbula getdilər.

Bundan əvvəl isə onlar “Tubzon”da olaraq məhkum yaxınları ilə görüş tələb ediblər. Hazırda orada saxlanılan məhkum Araz Quliyevin anası musavat.com-a deyib ki, heç bir səbəb göstərmədən oğlu ilə bu gün də görüşə icazə verməyiblər: “Prezident Adminstarsiyasından əvvəl Binədə “Tubzon”da olduq. Bu gün 15-ci gündür ki, oğlumu və başqa məhkumları ora köçürüblər.

Hər gün “Tubzon”un qabağına gedib uşaqlarımızla görüşmək istəyirik. Onlarla bizə görüş vermirlər. Mənim oğlum vərəm deyil. Bu gün 5 dəqiqəlik telefonla danışığımıza icazə verdilər. Arazın danışığından başa düşdüm ki, onun vəziyyəti yaxşı deyil. Oğlumu görmək istəyirəm. Bizə övladlarımızla görüşə icazə versinlər”.

Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Buna görə də Prezident Adminstarsiyasına gəliblər.

Yada salaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüb, zorakılığa məruz qalıblar. Onlardan 11 nəfərin sağlıq durumu, niyə görə “Tubzon”a köçürülmələri haqda məlumat verilmir. Ümumilikdə “Tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam