Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - VİDEO

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yenixeber.org:  Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.


16:32

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

Hələ yanğının qarşısını almaq mümkün olmayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".


*** 16:25

Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.

"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək" - deyə G.Mehdiyeva bildirib.

b.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam