Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənilər Mirəşelli kəndini atəşə tutdu

 

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar. 

Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli güllə dəyib.

"Xeberinfo.com":  APA-ya istinadən xəbərə görə, kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus “VAZ 2106” markalı maşın da düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Bundan başqa, Orta Qərvənd kəndi də atəşə məruz qalıb, evlərin damlarına və divarlarına xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Kənd orta məktəbində dərslər yarımçıq dayandırılıb.

Xatırladaq ki, son bir həftə ərzində erməni hərbiçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tutur. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam