Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ötən ay atəşkəs 533 dəfə pozulub

 

2014-cü ilin dekabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 533 dəfə pozulub.

"Xeberinfo.com":  APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, dekabr ayında atəşkəsin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələri itki verməyib.

Dekabr ayında cəbhə xətti yaxınlığında mina partlayışı nəticəsində Azərbaycan Ordusunun 1 hərbi qulluqçusu həlak olub, 1 nəfər isə yaralanıb.

Ötən ay atəşkəsin ən çox pozulması halı Ağdam rayonu istiqamətində qeydə alınıb. Qeyd olunan istiqamətdə ermənilər Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini 162 dəfə atəşə tutublar.

Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə cəbhənin Füzuli istiqaməti gəlir – 142 fakt. Bundan başqa, 2014-cü ilin dekabr ayında Ermənistan Ordusunun bölmələri atəşkəs rejimini Xocavənd rayonu istiqamətində 61, Tərtər rayonu istiqamətində 43, Goranboy rayonu istiqamətində 33, Cəbrayıl rayonu istiqamətində 29, Göygöl rayonu istiqamətində 3 dəfə pozub.

Azərbaycan-Ermənistan dövlət sərhədində isə Tovuz rayonu istiqamətində 29, Qazax rayonu istiqamətində 22, Ağstafa rayonu istiqamətində 9 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam