Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gürcüstan vasitəsilə Rusiyaya radioaktiv maddə daşıyan- - Ermənistan vətəndaşı saxlanılıb

 

Gürcüstanda Ermənistanla sərhəddə yerləşən “Sadaxlı” sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.

Yenixeber.org: Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, Militos M. adlı Ermənistan vətəndaşı idarə etdiyi mikroavtobusda tərkibində torium maddəsi olan 4 bağlamanı Gürcüsran vasitəsilə Rusiyaya nəql etməyə cəhd edib. Ümumi çəkisi 71,63 kq olan bağlamaların yoxlanılması zamanı onların tərkibində nüvə materialı olan “Torium 232” radioaktiv izotopu olduğu müəyyən olunub. Həmin maddə insan həyatı və sağlamlığı üçün təhlükəlidir.

Tbilisi Şəhər Məhkəməsi Ermənistan vətəndaşına qarşı həbs qətimkan tədbiri seçib.

Faktla bağlı istintaqı DTX-nın Əkskəşfiyyat Departamenti radioaktiv maddələrin qanunsuz əldə olunması və nəqli maddəsi üzrə aparır. Ermənistan vətəndaşını 5 ildən 10 ilədək həbs cəzası gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam