Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda “Dayı” ləqəbli narkotacir tutulub - FOTO

Bakıda “Dayı” ləqəbli narkotacir tutulub - <span style=

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq B.Novruzovun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 155 qram heroin, satış üçün hazır qablaşdırılan 29 kiloqram 630 qram marixuana, 2 kiloqram 550 qram çətənə toxumu, 2 ədəd elektron tərəzi, həmçinin yarımtikilidə kultivasiya yolu ilə xüsusi qablarda yetişdirilən 4031 ədəd çətənə kolu, habelə idarə etdiyi “Hyundai” markalı avtomobildən 535 qram  marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qohumu Kamilin vasitəçiliyi ilə əkdiyini və qurudandan sonra onun köməkliyi ilə satışını təşkil etdiyini bildirib.

İdarə əməkdaşları tərəfindən həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamil Novruzov da saxlanılıb. Onun idarə etdiyi “Mersedes G Klass” markalı avtomobilə baxış zamanı 515 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırmarla K.Novruzovun qohumuna əkmək üçün narkotik tərkibli çətənə toxumları verdiyi müəyyən edilib. İstintaq zamanı K.Novruzovun paytaxt və eləcə də respublikanın digər bölgələrində “Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirdiyi məlum olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam