Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOCAR-da ixtisarlar gözlənilir

 

“Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verərək Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir mərkəzdən idarə etməkdir.

"Xeberinfo.com":  “APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

“Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbər vəzifəsində 198 nəfər çalışır.

“Azərneftyağ” zavodunda da bir o qədər rəhbər vəzifədə çalışan var. Ümumilikdə isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 2300, “Azərneftyağ” zavodunda isə 2100 nəfər çalışır. Təbii ki, bir mərkəzdən idarə olunan müəssisədə 2 direktor, iki baş mühəndis ola bilməz. Deməli burada ixtisarlar qaçılmazdır. Bu iki müəssisənin idarəetmə aparatı birləşəcək və burada ədalətlilik şəffaflıq təmin ediləcək”, – deyə X. Məmmədov bildirib.

Vitse-prezident əlavə edib ki, “Azərneftyağ” zavodunda çalışan fəhlə kontingentinə ixtisarların aidiyyatı yoxdur.

Qeyd edək ki, SOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam