Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Əfqanıstanda partlayış - nəticəsində azı 8 uşaq ölüb

 

Əfqanıstanın cənub-qərbində yerləşən Qəzni əyalətində əldəqayırma bombanın partlaması nəticəsində azı 8 uşaq həlak olub.

Yenixeber.org: Bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələri məlumat yayıb.
Faciə yerli vaxtla səhər saat 08:00-da Mukur rayonunda baş verib. Hökumətin mətbuat xidmətinin məlumatına əsasən, partlayış nəticəsində azı səkkiz uşaq həlak olub, iki uşaq isə yaralanıb. Onların oyun zamanı təsadüfən "Taliban” hərəkatının hazırladığı bombanı işə saldığı bildirilir.
Xatırladaq ki, mayın 10-da Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətində fuqas bombasının partlaması nəticəsində 4 uşaq həyatını itirmiş, 5 uşaq isə xəsarət almışdı.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam