Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Uşaq nə sənin olsun, nə də mənim” -10 aylıq qızını öldürən ana

 

“Uşaq nə sənin olsun, nə də mənim” - 10 aylıq qızını öldürən ana
Ağdam rayonunun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpəsini boğaraq öldürüb.
Qərvənd kəndinin icra nümayəndəsi Zakir Əliyev hadisənin təfərrüatlarını açıqlayıb. O, bildirib ki, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı ilə mübahisə edib, bundan hiddətlənən qadın körpə qızını öldürmək qərarına gəlib. 



“Ailə Ağdamın işğal olunmuş Göytəpə kəndindəndir. Qərvəndin Sultanbud meşəsi deyilən ərazidə müvəqqəti məskunlaşıblar. Günel həyat yoldaşı Zamir İsmayılovun ikinci həyat yoldaşdır. Zamir Güneldən əvvəl bir dəfə evli olub və bir övladı var. Zamir Qərvənd kəndindən olan birinci həyat yoldaşı ilə boşanandan sonra Güneli qaçırıb. Bir ildən çoxdur ki, evli idilər". 



İcra nümayəndəsinin sözlərinə görə, Günel qaçırıldıqdan sonra valideynləri ilə əlaqəsi kəsilib. Onun ailəsi isə Laçın rayonundadır: "Uşağın boğulmasına Günellə Zamir arasındakı mübahisə səbəb olub. Ərlə arvad arasındakı davadan sonra Zamir Günelə deyib ki, səni boşayacam, uşağı da əlindən alıb, bir də sənə göstərməyəcəm. Günel valideynləri ilə əlaqəsi olmadığına görə düşünüb ki, geri qayıda bilməyəcək və uşağı da əlindən alınacaq. Deyib ki, belə olan halda uşağı itirməkdənsə, qoy nə sənin olsun, nə də mənim. Səhər tezdən ərinin işə getməsini gözləyib. Zamir evdən çıxan kimi uşağı boğaraq öldürüb. Sonra da yaxınlıqdakı polis məntəqəsinə gedərək hadisəni etiraf edib”. (Azvision.az )

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam