Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Polis Bakıda silahlı şəxsi SAXLADI (FOTO)

Polis Bakıda silahlı şəxsiSAXLADI (FOTO)

Bakıda silahlı şəxs saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Belə ki, İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3-cü (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd “Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı A.Hüseynov barəsində cinayət işi başlanılıb. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Polis Bakıda silahlı şəxsiSAXLADI (FOTO)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam