Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Moskvada azərbaycanlılara hücum edilib

Çeçenlər Moskvada azərbaycanlılara hücum etdi - 10 yaralı (VİDEO)

Moskvanın cənub-şərqindəki Peçatnik rayonunda 100-ə yaxın adamın iştirakı ilə kütləvi dava və silahlı insident baş verib. Hadisə nəticəsində 10 nəfər yaralanıb, 20-si isə saxlanılıb. 

Yenixeber.org: Silahlı atışma ötən axşam saat 23:00 radələrində Peçatnik rayonunun Kuryanova küçəsində azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” restoranında olub.
Qeyd olunur ki, 14 fevral "Valentin günü" ilə əlaqədar restoranda çoxlu müştəri olub. Lakin qəfildən bıçaqla və travmatik tapança ilə silahlanmış bir qrup çeçen restoranı basaraq, oradakı bütün müştəriləri küçəyə çıxmağa məcbur ediblər. Daha sonra isə restoran əməkdaşlarına qarşı hücuma keçiblər. Atışmadan və kütləvi davadan sonra çeçenlər müşahidə kameralarının video yazılarını özlərini ilə götürərərk hadisə yerindən qaçıblar. 

Şahidlərin sözlərinə görə, atışma zamanı restoranın sahibi Yaşar Əliyev yaralanıb. Restorandakı insidentdən sonra isə Peçatnik rayonunda daha bir atışma olduğu, azərbaycanlıların maşınla çeçenləri təqib etdikləri iddia olunur. 

Hazırda Rusiya polisi baş verən insdientin səbələrini araşdırır. 

Silahlı atışmanın şahidlərindən biri “Beşinci kanal”a bildirib ki, “Neolit” restoranındakı kütləvi davanın səbəbi milli zəmində baş verən çoxdankı qarşıdurma ilə bağlıdır. Belə ki, restorana gələn çeçenlərdən biri əvvəllər Azərbaycan haqqında təhqiredici ifadə işlədib. Bu dəfəki insident də həmin proseslərin davamıdır. 

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam