Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Yaşlı cütlük kasıblıqdan intihara əl atdı-Ermənistanda

 

Yaşlı erməni cütlük kasıblıqdan intihara əl atdı
Ermənistanın Ararat əyalətinin Azatavan kəndində yoxsul və tək yaşayan yaşlı ər-arvad birlikdə intihara cəhd edib. 

 Yenixeber.org: Bu barədə Ermənistanın kriminal saytı “Shamshyan.com” məlumat yayıb.
Qeyd olunub ki, Azatavan kəndinin 88 yaşlı sakini Rafik Matevosyan və onun 79 yaşlı arvadı Ofik Matevosyan kənd təsərrüfatında istifadə edilən “Aqrofos super” kimyəvi maddəni qəbul edərək intihar etmək istəyiblər. 

Lakin maddənin qəbulundan sonra onları huşsuz tapan şəxslər təcili olaraq yaşlı cütlüyü “Artaşat” xəstəxanasına gətiriblər. Hazırda vəziyyətləri qənaətbəxş olmadığından polis onların ifadəsini ala bilməyib. 

İlkin ehtimala görə, tək yaşayan yaşlı cütlük sosial vəziyyətləri ağır olduğuna görə intihara cəhd edib. Faktla bağlı cinayət işi açılıb, hadisənin dəqiq səbəbləri araşdırılır. 

Qeyd edək ki, son zamanlar Ermənistanda yaşlı nəsil nümayəndələrinin intihara əl atması halları çoxalıb. Bundan əvvəl 81 yaşlı kişi də Rusiyanın İrəvandakı səfirliyi qarşısında özünü yandıraraq intihara cəhd etmişdi. İntihara əl atan ahıl ermənilərin əksəriyyəti dövlətin qayğısından kənarda qaldıqlarını, səhhətləri ilə əlaqədar işləyə bilmədiklərini bildirirlər. Onların sözlərinə görə, nəticədə normal yaşayışları üçün heç bir imkan qalmadığından intihar yolunu seçməyə məcbur olurlar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam