Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı metrosunda döyülən qız: "Mənə dedi ki..."

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.

 Yenixeber.org: Bu sözləri dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib.

Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub:

“Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıtdə mənə dedi ki, “yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”.

Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, “sən heç bilirsən nəyə, kimə oxşuyursan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.

Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam