Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Tanınmış aktyor HƏBS EDİLDİ

 

Tanınmış aktyor HƏBS EDİLDİ

Türkiyəli aktyor Memet Əli Alobora haqqında Gezi Parkı aksiyalarına görə həbs qərarı verilib.

Yenixeber.org: Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəməyə təqdim olunan həbs tələbində Aloboranın Gürcüstan və Ərəb dünyasındakı üsyanlarda rol oynayan, Serbiyada Slobodan Miloşeviç rejimini devirən serb gənclər hərəkatı “Otpor”un serbiyalı lideri İvan Maroviç ilə İstanbul və Misirdə aksiyalardan öncə görüşdüyü məlum olub.

Prokurorluğun göndərdiyi həbs tələbində Memet Əli Alobora, həyat yoldaşı Ayşe Pınar Alobora, Dəfnə Anter, yazar Handan Meltem Arıkan və reklam agenti Metin Osasogie Edomvvonyinin 2012-ci ilin 18-21 iyun tarixində İstanbulda, 7-15 iyulda isə Misirdə İvan Maraviç ilə görüşdüklərinə dair dəlillər üzə çıxıb.

Gezi Parkı aksiyasının 2011-ci ildən bəri planlaşdırdığına da diqqət çəkilib və buna dəlil kimi Alaboranın 2011-ci ildə çəkdiyi videomateriallarda "Üsyan İstanbul" şüarlarını deməsi göstərilib.

Məhkəmənin verdiyi həbs qərarında bu ifadələr yer alıb: "Əldə edilən bütün dəlillər Gezi aksiyası kimi tanınan hadisələrin Osman Kavala liderliyində Açıq Cəmiyyət Fondu və Anadolu Mədəniyyət A.Ş.-nin təşkilatçılığı ilə planlı və sistemli olaraq həyata keçirildiyi aydındır. Yekun məqsədin ölkədə xaos və qarışıqlıq yaradaraq mövcud hökuməti təsirsiz hala gətirmək olduğu ortaya çıxıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam