Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu şəxsləri tanıyırsınızsa...DİN -dən müraciət

DİN əhaliyə müraciət etdi - Bu şəxsləri tanıyırsınızsa...

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.

Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam