Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakıda prokuror qızındanŞOK ƏMƏL: tanınmış həkimi... - FOTO

 

Bakıda prokuror qızından ŞOK ƏMƏL: tanınmış həkimi... - FOTO

Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb.

Yenixeber.org: Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzlu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlum olub ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. Cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Q.Əsədli Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı kimi çalışır. Hadisəni törədən G.Şıxıyevanın atası uzun müddət prokurorluq sistemində çalışıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam