Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kaliforniyada dəhşətli yanğın:31 ölü, 228 itkin...

Cənubi və Şimali Kaliforniyada tüğyan edən meşə yanğınları nəticəsində ən azı 31 nəfərin həlak olduğu bildirilir.

 Yenixeber.org: Yanğınlar minlərlə evin yerləşdiyi yaşayış məntəqələrini əhatə edib. Güclü küləklər alovların ətrafdakı ərazilərə yayılmasına səbəb olub. Kaliforniya administrasiyasının məlumatına görə, bu fəlakətlərdən ən böyüyü və faciəlisi “Camp Fire” (düşərgə yanğını) sayılır. Belə ki, 450 kvadratkilometr əraziyə yayılan yanğın Şimali Kaliforniyanın Bitt rayonunda 6 345 ev və 260 kommersiya strukturunun binasını məhv edib. Noyabrın 12-nə olan məlumata görə, ən azı 228 nəfər itkin düşüb.

Dörd gündür davam edən “Camp Fire” 29 mülki şəxsin ölümü ilə nəticələnib. Bu fəlakət artıq Ray şəhərini tamamən külə çevirib. Burada alovlarla mübarizə aparan beş nəfər yanğınsöndürən xəsarət alıb. Daha iki nəfər isə Cənubi Kaliforniyada tüğyan edən “Woolsey Fire” yanğınında həlak olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam