Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prodüser Təranə Səmədova həbs olundu

 

Prodüser Təranə Səmədova həbs olundu
İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenixeber.org: Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan təbdiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.(Report)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam