Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bağda külli miqdarda narkotika aşkarlandı - FOTOLAR

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb
Yenixeber.org: Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində "Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb. Sürücü və sərnişinləri - Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinə təhvil veriliblər. Davam etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslərin dördü də saxlanılıb.
Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 1973 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, narkotik bitkilərin əkildiyi bağ sahəsi S.Qarayeva məxsusdur. O, həmin bitkiləri əkmək üçün torpaq sahəsini N.Süleymanova icarəyə verib. Dəstənin digər üzvü olan T.Nəcəfov isə N.Süleynmanovla birlikdə həmin bağ sahəsində narkotik tərkibli bitkilərə xüsusi qaydada qulluq edərək onları yetişdirib.
Faktla bağlı Xəzər rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam