Redaktor seçimi
Əhmədzadə və Rustəmov da xaricdə böyük biznesə malik imiş
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
Günün xəbəri

Bakıda avtomobil oğruları saxlanıldı

Bakıda avtomobil oğruları saxlanıldı

Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onların ətraflarında keçirilən əlavə əməliyyat tədbirləri ilə dəstə üzvlərinin “Opel” və “VAZ 2104” markalı daha iki avtomaşın qaçırdıqları, həmçinin ehtiyat hissələrinin satıldığı mağazalardan birindən 21 litr avtomobil yağı oğurladıqları da müəyyənləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin digər cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?