Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bir ailənin 7 üzvü qidadan zəhərlənib-Zaqatalada

 

 

 Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenixeber.org: Məlumata görə, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. 

Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

Bundan əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin zəhərlənmiş heyət üzvlərini xilas ediblər.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam