Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Doğuş zamanı daha bir ana öldü


 İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. 

    "Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. Körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da körpə yolda keçinib.

    Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər. 

“Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər”-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.

Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.

Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam