Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda yeni dələduz peyda oldu - ''İnstagram''dan 35 nəfərə... (VİDEO)

Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub.

Yenixeber.org: Dələduzluqda şübhəli bilinən gənc xanım sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. O, bu vasitə ilə 30-dan çox insanın pulunu mənimsəyib.
Sosial şəbəkə vasitəsi ilə vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.
Həmin şəxsin insanlara 500 min manata yaxın ziyan vurduğu bildirilir.
Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal rayon polisidarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar. Məlum olub ki, gənc qadın ''instagram'' sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün ''İnşaatçılar'' metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib.
Saxlanılan Fəxrəndə Səfərovanın sözlərinə görə, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.
İşin istintaqını aparan müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə qarşı 480 min manatdan çox ziyan vurub. Amma polis zərərçəkənlərin artacağını da istisina etmir. Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam