Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İranla sərhəddə əməliyyat: 4 nəfər tutuldu, biri qadındır (FOTOLAR)

 

İranla sərhəddə əməliyyat: 4 nəfər tutuldu, biri qadındır (FOTOLAR)
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən xəbərə görə, 2018-ci ilin 01 oktyabr tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.



Həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsindəİrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.



Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd “tereqabalin” psixotrop maddəsi və 15 qutu “metrotan” həbləri aşkar olunub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azərbaycan Respublikasının vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəliyeva Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib. Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam