Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İstanbulda 300 min pul oğurlayan erməni tutuldu- VİDEO

   

İstanbulda 300 min pul oğurlayan erməni tutuldu - VİDEO
İstanbulun mərkəzində mütəşəkkil dəstənin valyuta dəyişmə məntəqəsinə (VDM) silahlı basqın edərək küllü miqdarda pul vəsaiti oğurlaması ilə əlaqədar açılan cinayət işi çərçivəsində Türkiyə polisi şübhəli şəxs qismində Ermənistan və Rusiya vətəndaşlarını saxlayıb.
Yenixeber.org: Oğrular VDM-ni qarət etdikdən sonra Bursaya gediblər. Türk polisi Bursada şübhəlilərin izinə düşüb və onları çayxanaların birində həbs ediblər. Şübhəlilərin mehmanxanada qaldıqları otaqdan böyük məbləğdə nəğd pul və qızıl aşkarlanıb. Saxlanılan Ermənistan vətəndaşının A.Gevorq olduğu bildirilir.

Qeyd edək ki, məlum silahlı qarət oğruların “peşəkarlığı” üzündən Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. Onlar 20 saniyə ərzində VDM-ni qarət edib özləri ilə 300 min lira götürüb aradan çıxmağı bacarıblar. Baş verən silahlı basqın anbaan kameralara düşsə də, oğrular maskalı olduğundan kimliklərini dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Türkiyənin xəbər saytları və sosial şəbəkə istifadəçiləri bu hadisəni “filmlərdəki kimi oğurluq” adlandırıblar. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam