Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb

 

 Yenixeber.org: O, bu gün keçirilən məhkəmə iclasına gətirilib.

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.

O, saxlanma şəraitindən narazılıq etməyib.