Yenixeber.org: "Bütün siyasi məsuliyyəti qəbul edir və istefa veririk. Görünür, işimizin öhdəsindən lazımınca gələ bilməmişik ki, belə faciəvi qəza baş verib", - V.Radev mətbuat konfransında bildirib. Bu konfransda N.Nankov da iştirak edib.

Daha əvvəl müxalifət qəzanın birbaşa ölkədə hökm sürən korrupsiya mühitinin nəticəsi olduğunu iddia edərək B.Borisovun bütün hökumətini istefaya çağırıb.

Qeyd edək ki, yol qəzası avqustun 25-də Sofiya bölgəsində baş verib. Sərnişinlərinin əksəriyyəti yaşlı insanlar olan və ekskursiyadan qayıdan avtobus hələlik məlum olmayan səbəblərdən yoldan kənara çıxaraq aşıb. Qəza nəticəsində 17 nəfər ölüb, 20-dən çox adam yaralanıb.