Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hələb şəhəri yer üzündən silinir

 

Suriyanın Hələb şəhəri dünyanın gözü önündə məhv olur.

 

"Xeberinfo.com":Müxaliflərin əlində olan şəhərlə tək əlaqə xətti olan 4 kilometrlik dar dəhliz Əsəd qoşunları tərəfindən mühasirəyə alınıb. Qoşunların şəhəri ələ keçirməsinin an məsələsi olduğu bildirilir.

 

Hələbdə təxminən 300 min adamın mühasirəsidə olduğu bildirilir. Şəhərdə uzun müddətdir ki, elektrik və su çatışmazlığı yaşanır.

 

Əsəd qoşunları mühasirədə saxladığı Hələbə dərman və qida maddələrinin girişinə icazə vermir. Ordu bu yolla şəhəri təslim olmağa məcbur etməyə çalışır. Hələb sakinləri canlarını xilas etmək üçün şəhərdən qaçmağa çalışır.

 

Hələbdə qarşıdurmalar daha çox şəhərin köhnə məhəllələrində və şimalında baş verir. Şəhəri müdafiə edən müxaliflər isə öz aralarında bölünmüş vəziyyətdədirlər. Azad Suriya Ordusu, Nusra Cəbhəsi və İslami Cəbhə arasında koordinasiyanın olmaması dövlət qüvvələrinin işini asanlaşdırır.

 

 

Hələbin təslim olmasının Qərb ölkələrinin də dəstəklədiyi müxaliflər üçün ağır bir zərbə olacağı və Suriyada bütün tarazlıqların dəyişəcəyi bildirilir.

 

2 ildir Suriyada müharibəni izləyən jurnalist Françeska Borri də şəhərin tamamilə məhv olduğunu deyib:

 

''Artıq Hələb adlı bir yer yoxdur. Şəhər məhv olub və hər yer dağıdılıb. Tarixi memarlıq abidələri də məhv edilib. Artıq fiziki olaraq var olmayan bir şəhərdən danışırıq”.

 

Qeyd edək ki, böyük Azərbaycan şairi İmadəddin Nəsimi də Hələbdə dəfn olunub və onun qəbri də məhv olmaq təhlükəsiylə qarşı-qarşıyadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam