Nizami rayonunda bank mühasibinin evindən külli miqdarda oğurluq olub.
Yenixeber.org: Qara Qarayev prospekti 119-da Orxan Elxan oğlu Məmmədova məxsus mənzildən 50 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq barədə polisə elə zərərçəkən özü məlumat verib. Hadisə yerinə 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək mənzildən əl-barmaq izləri götürüblər və zərərçəkənin izahatı alınıb. 
Qeyd edək ki, Orxan Məmmədov Mərkəzi Bankda mühasib işləyir.(ölke.az) 
Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177.3.2 (külli miqdarda oğurluq etmə) maddəsiylə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.