Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

12 tondan çox narkotik məhv edilib

12 tondan çox narkotik məhv edilib

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir
Yenixeber.org: DİN-dən verilən xəbərə görə, iyulun 28-29-da polis əməkdaşlarının, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 17 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 513 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb, çəkisi 6 tondan artıq olan 8 min ədəd çətənə kolu məhv edilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Şahlar Qasımovdan 1 kiloqramdan artıq heroin götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vəli İmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsi, DİN Daxili Qoşunlar Baş İdarəsi və Dövlət Sərhəd Xidmətiəməkdaşlarının bigə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisində kultivasiya yolu ilə yetişdirilmiş 500 ədəd çətənə kolu və çəkisi 15 kiloqram 665 qram olan marixuana aşkar edilərək götürülüb, Meşəşambul kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2 tondan artıq 3254 ədəd çətənə kolu məhv edilib.

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının bigə keçirdikləri tədbirlər nəticəsində rayonun Kəpənəkçi, Uzunqamalar və Yuxarı Tala kəndləri ərazilərində yabanı halda bitmiş, çəkisi 4 tona yaxın 4900 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam