Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Əl-ayağı qandallı Bakıya gətirilən şəxs kimdir? –Video

 Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub.

Yenixeber.org: Bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qrublaşma üzvü olduğu məlum olub. O kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.

Miqrasiya Xidmətinin rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məhşur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.(lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam