Redaktor seçimi
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Günün xəbəri

FHN statistika açıqladı: 124 ölü, 236 yaralı

 

FHN statistika açıqladı: 124 ölü, 236 yaralı
2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 6814 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 1446 hadisə və ya 27% çoxdur.
Yenixeber.org: Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olub, 118 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilib, 1047 nəfər təxliyə olunub.

2018-cı ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6690 çıxış edilib. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar –1027 çıxış, açıq sahələrdə yanğınlar –4189 çıxış, meşə və meşə talalarında yanğınlar 2, nəqliyyat vasitələrində yanğınlar –167 çıxış, digər yanğınlar – 1305 çıxış təşkil edib. 

Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 86 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 54% coxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır.

2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar