Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ramil Usubovun kadr dəyişikliyi nəyə hesablanıb?

 

            Daxili işlər naziri özündən sonraya sadiq komanda formalaşdırır 

       "Xeberinfo.com": Daxili Işlər Nazirliyində aparılan kadr dəyişiklikləri ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, bu kadr dəyişiklikləri post-Usubov dövrünə hazırlıq xarakteri daşıyır. Bildirilir ki, Ramil Usubovun vəzifədən getmək məsələsi gündəmdədir.

      Daxili işlər nazirinin də buna etirazı yoxdur. Iddialara görə, Ramil Usubov yerində birinci müavini Vilayət Eyvazovu görmək istəyir. Bu baxımdan da DIN-də ona mane ola biləcək şəxsləri neytrallaşdırır. Xatırladaq ki, bir neçə gün əvvəl daxili işlər nazirinin müavini Əsgər Ələkbərov DIN-in Kadrlar Idarəsinin rəisi Ismət Əliyevlə əvəzlənib. Noyabrın 4-də isə Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasovun yeri dəyişdirilib. O, Kadrlar Idarəsinin rəisi vəzifəsinə təyin olunub. Rafiq Abbasovun postuna isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidov təyinat alıb. 

     Məlumatlarda həmçinin bildirilir ki, Ramil Usubov müavini Oruc Zalovun da işdən çıxarılmasını istəyir. Qeyd edək ki, Oruc Zalov, Əsgər Ələkbərov və Rafiq Abbasovun Ramil Usubova əks cəbhədə dayandıqları barədə iddialar var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam