Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bir gecədə 8 rayonda yanğın olub

Bir gecədə 8 rayonda yanğın olub
Fövqəladə Hallar Nazirliyi (FHN) bir neçə rayonda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yenixeber.org: FHN xəbər verir ki, Qusar rayonunun Gədəzeyxur kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Əliyaqublu kəndində fermanın ərazisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu və 5 m2 sahədə taxta tullantıları yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunun Qaracinar kəndində həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 64 m2 olan yardımçı tikilinin qamışdan ibarət dam örtüyü 16 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunda həyətyanı ərazidə 2000 m2 sahədə quru ot, 40 ədəd meyvə ağacı, ümumi sahəsi 100 m2 olan 1 mərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, yaxınlıqdakı 2 ədəd bağ sahəsində 320 m2 quru ot və taxta tullantıları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 200 m2 olan talvarın taxta atmaları 120 m2 sahədə və altına yığılmış 15 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində 14 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlamasının 6 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam