Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"BARI NAXÇIVAN" iki dostu qanlı davaya saldı– TƏFƏRRÜATLAR

“Barı Naxçıvan” mahnısını düzgün oynamamaq davaya səbəb olub. Dava kafedə baş verib. Zərərçəkmişə əvvəlcə bıçaqla, daha sonra is pivə bakalı ilə zərbə endiriblər

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan 24 yaşlı Həsən Ağayev və 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə həbs edilən şəxslər, zərərçəkmiş və şahidlər ifadə verib.
Əvvəlcə qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonundakı “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayeva kafedə rəqs edib. Tofiq Mehtiyev isə buna etiraz edib və sonda iki nəfər tərəfindən bıçaqlanıb.
Onu bıçaqlamaqda ittiham edilən H.Ağayev və E.Əliyev həbs ediliblər. Həbs edilən Həsən Ağayev ifadəsində “Papanin”də gecəsi 2 manat olan evdə kirayədə qaldığını deyib. O, bildirib ki, hadisə baş verən gün dönər yeyib, spirtli içki içib, sonra da internet-kluba gedib.
Bir neçə saat sonra isə taksi sürücüsü olan “Malış” ləqəbli dostu Elvin Əliyevlə “Dəli Kür” kafesinə gediblər: “Ora gedəndə Fatmanın iki kişi ilə stol arxasında əyləşdiyini gördüm. Bir qədər keçmiş Fatma yanındakı kişilərlə birgə “Barı Naxçıvan” mahnısını rəqs etməyə başladı. Sonradan adını bildiyim Tofiq Mehtiyev Fatmaya əli ilə nəsə işarə elədi. Əl-üzümü yumaq üçün bayıra çıxıb geri qayıdanda Fatmanın uca səslə kimisə söydüyünü eşitdim. Səs-küy saldığına görə onu silləylə vurdum. Fatma da dedi ki, kişiliyin çatırsa, get onu vur. Tofiqi nəzərdə tuturdu. Tofiqi küçəyə çağırdım. Əhəmiyyət vermədi. Yanına gəlib dedim ki, gəl çıxaq çölə, səninlə söhbətim var. Köynəyim yuxarı qalxdığından mənim bıçaq çıxarmaq istədiyimi güman edib biləyimdən yapışdı, mübahisə etdik. Bıçağın tiyəsini açıb Tofiqə sinəsindən və belindən bir neçə zərbə endirdim. Kafedə olanlar bizi araladılar, bıçaq əlimdən düşdü, məni zaldan çıxardılar. Təkrar zala qayıdıb hələ ayaq üstə olan Tofiqin sinəsinə təpiklə vurdum, yerə yıxıldı”.
H.Ağayev ifadəsində Elvin Əliyevlə dostluq münasibətlərini inkar edib, onu sadəcə kafedən tanıdığını deyib. Digər təqsirləndirilən Elvin Əliyev isə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
“Meyvəli” bazarında işləyən Elvin Əliyev də “Papanin”də gecəsi 2 manat olan evdə kirayə qaldığını deyib: “İşdən çıxandan sonra dostum Sənanın ad gününü qeyd etməyə getmişdim. Sənangillə birgə “Dəli Kür”ə gələndə “Fatoş” kimi tanıdığım, yüngül həyat tərzi sürən qadın Fatma orada iki kişi ilə oturmuşdu. Adını sonradan bildiyim, başına butulka vurduğum Tofiqi isə əvvəllər tanımamışam. Sənangil getdikdən sonra bayıra çıxanda “Fatoş”un nəyəsə görə deyindiyini, Həsənlə Tofiqin isə zalda tutuşduqlarını gördüm. Tez zala girib onları ayırdım. Tofiq nalayiq söyüşlər söyüb məni təhqir etdi. Əsəbləşib onu yumruqla vurdum. Mühafizəçilər məni tutub kənarlaşdırdılar. Onların əlindən çıxıb stolun üstündəki pivə bokalını Tofiqin başına vurdum”.
İş üzrə zərərçəkmiş kimi tanınan Tofiq Mehtiyev də dindirilib. O, ifadəsində kafedə “Fatoş” kimi tanıdığı qadınla münasibətindən danışıb: “O, müxtəlif kişilərlə əylənir, müştəri tapıb harasa aparırdı. Gəlib mənə də yaxınlaşdı. Amma xidmətlərindən imtina etdim. Həmin gün “Fatoş” iki kişi ilə oturmuşdu. Arada gəlib bizim stolda əyləşmək istəsə də, mən icazə vermədim. Təxminən saat 3-də “Fatoş” yanındakı kişilərlə Naxçıvana aid mahnıya oynamağa başladı. Mahnını milli rəqs kimi yox, disko rəqsi kimi oynamağı xoşuma gəlmədi. Oynayıb qurtarandan sonra əlimlə yanıma çağırıb dedim ki, “Barı Naxçıvan”ı belə əcaib formada oynamazlar”.
Onun dediyinə görə, “Fatoş” bu hərəkəti ilə milli musiqiyə hörmətsizlik edib: “Bunu deyəndə “əcəb edirəm” dedi. Söyüş söyə-söyə gedib yerində oturdu. Mənə tərəf baxır, nəsə danışırdı. Başa düşürdüm ki, söyür. Əlimlə yenə çağırdım, amma gəlmədi. Bir qədər sonra Həsən bizim stola yaxınlaşıb məni çölə çağırdı. Cibindən bıçaq çıxarmaq istədikdə əllərindən tutdum. Biz mübahisə edərkən Elvin də Həsənə qoşuldu. Həsən məni bıçaqla vuranda Elvin də yumruq-təpiklə vururdu. Kafedəkilər bizi zorla ayırdılar. Məni xəstəxanaya apardılar, əməliyyat olundum”.
Şahid qismində dindirilən Fatma Abdullayeva isə dindirilən zaman həmin gün hadisə baş verən kafedə istirahət etdiyini deyib: “Rəqs edən zaman Həsən məni çölə çıxardıb, sillə ilə vurdu. Dedi ki, “səs eləmə”. Mən də ona “gücün mənə çatır, kişiliyin varsa, get sözünü ona de” deyib, “102”-yə zəng edəcəyimi söylədim. Sonra oradan uzaqlaşdım, bıçaqlanma hadisəsini görməmişəm”.
F.Abdullayevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, ilkin dindirilməsində bildirib ki, kafedə baş verən hadisəni pəncərədən izləyib, sonra hadisə yerindən taksi ilə uzaqlaşıb.
Törətdikləri cinayət əməlinə görə H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Onların barələrində Nəsimi rayon məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam