Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakını bir-birinə qatan “Camaro” sürücüsü həbs edildi -FOTO

 Tbilisi prospektində polisin əmrinə tabe olmayan və hadisə yerində qaçmağa müvəffəq olan sürücü barədə həbs qərarı verilib

Yenixeber.org: Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərin görə, "Chevrolet Camaro" markalı 10 OZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozub:
"Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hümbətov Elçin Məcnun oğlu 30 gün həbs cəzası alıb, həmçinin bir il müddətinə sürücülük hüququndan məhrum edilib".
Vaqif Əsədov qeyd edib ki, qaydaları pozan şəxsin idarə etdiyi maşının cəriməsi olub:
"Polislər tərəfindən sürücüyə dəfələrlə saxlama işarəsi verilsə də o, maşını saxlamayıb.
Nəhayət, Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da polis maşınını vuraraq qaçıb. Bu zaman onun təqib edilməsi dayandırıb.
Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb.
Sonra avtomobil cərimə meydançasına qoyulub. Sürücü isə polis bölməsinə dəvət edilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam