Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Göygöldə həyat yoldaşını öldürərək qaçan şəxsin meyiti Kür çayından tapılıb

 

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub


Yenixeber.org:  Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan və Göygöl rayonunun Tulalılar kəndində məskunlaşmış Firudin Əlif oğlu Ələsgərova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətl hadisəsi Göygöl rayonunun "Hacıməlik" dəirəsi adlanan ərazisində baş verib. 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb. Onlar banka olan borclarına görə hər gün qonşu rayona işləməyə gedirlərmiş. Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulmasından şikayətçi olub və daha işə getmək istəmədiyini bildirib. Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb.
Xatırladaq ki, ailənin 3 övladı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam