Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ombudsman Aparatı:Emin Aslanov saxlama məntəqəsində saxlanılır

 

 Ombudsman Elmira Süleymanova gənc fəal Emin Aslanovun həbsi məsələsini araşdırıb


Yenixeber.org: Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.
Eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib.
Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal daxili işlər naziri Ramil Usubova həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.
Araşdırma nəticəsində hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam